At yarışlarından  1 milyon avrodan çox   qazandı
26 fevral 2024 12:39 (UTC +04:00)

At yarışlarından 1 milyon avrodan çox qazandı

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson Səudiyyə Ərəbistanında keçirilən at yarışlarından ciddi pul qazanıb. 

Lent.az bildirir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşrin məlumatına görə, 82 yaşlı Ferqyusonun digər investorlarla birlikdə Spirit Dancer adlı ayğırının da olduğu tövləsi var. O, Ər-Riyadda keçirilən nüfuzlu turnirin qalibi olub. Beləliklə, Ferqyuson bu qələbə sayəsində təxminən 1,1 milyon avro qazanıb.

Xatırladaq ki, ser Aleks Ferqyuson 1986-2013-cü illərdə mankunianlılara rəhbərlik edib. Bu müddətdə “Mançester Yunayted” 13 dəfə İngiltərə çempionu, 5 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 10 dəfə İngiltərə Superkubokunu, 2 dəfə Çempionlar Liqasını qazanıb. Ümumilikdə, şotlandiyalı mütəxəssisin rəhbərliyi altında “qırmızı şeytanlar” bütün turnirlərdə 1476 oyun keçirib.

  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4128
avatar

Oxşar yazılar