Londonun "Arsenal" klubu "Napoli"dən 22 yaşlı gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliyanı almaq istəyir.
Lent.az bildirir ki, bu barədə “Football Transfers” xəbər verir.
Mənbənin sözlərinə görə, “topçular”ın neapollu idman direktoru Mauro Meluso ilə yaxşı münasibəti bu transferə töhfə verə bilər.
Qeyd edilir ki, London klubu "Napoli"nin bu keçidə maraqlı olması üçün ciddi maliyyə təklifi verməli olacaq. "Arsenal" da futbolçularından biri ilə yollarını ayırmalı olacaq.
Xatırladaq ki, ötən mövsüm Kvaratsxeliya neapolluların heyətində 43 oyun keçirib, 14 qol vurub və 17 məhsuldar ötürmə edib. Onun "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
“Transfermarkt” portalının məlumatına görə, gürcü yarımmüdafiəçinin qiyməti 85 milyon avrodur.