"Arsenal" isveçli hücumçunun alınması prosesini  dayandırdı
15 iyun 2025 17:07 (UTC +04:00)

"Arsenal" isveçli hücumçunun alınması prosesini dayandırdı

İsveç millisinin hücumçusu Viktor Dekereşin "Sportinq”dən Londonun "Arsenal"ına keçidi baş tutmaya bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, "topçular" Portuqaliya klubunun tələblərinə görə 27 yaşlı futbolçunun alınması ilə bağlı danışıqları dondurub.

Mənbənin məlumatına görə, “Arsenal” Lissabon klubunun isveçli hücumçu üçün almaq istədiyi 80 milyon avronu çox yüksək hesab edir.

Qeyd olunur ki, Dekereş artıq "Leypsiq"dən Benyamin Şeşko və "Aston Villa"dan Olli Uotkinsin namizədliyinə diqqət yetirmək niyyətində olan ingilis klubu üçün prioritet variant deyil.

Ötən mövsüm isveçli hücumçu "Sportinq"in heyətində bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar