"Arsenal" 60 milyonluq oyunçunu 65 milyona aldı
21 iyun 2025 09:37 (UTC +04:00)

"Arsenal" 60 milyonluq oyunçunu 65 milyona aldı

"Arsenal" "Real Sosyedad"dan yarımmüdafiəçi Martin Zubimendi ilə müqavilə imzalayıb.

Lent.az xəbər verir ki, ispaniyalı futbolçu "Topçular"ın mövsümlərarası ilk yeni transferi olacaq.

Məlumata görə, artıq müqavilə tam rəsmiləşib və Zubimendi Londonda bütün rəsmiləşdirmələri başa çatdırıb. Transfer məbləği təxminən 65 milyon avrodur və bir neçə mərhələdə ödəniləcək.

Ötən mövsüm futbolçu "Real Sosyedad"ın heyətində bütün turnirlərdə 48 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt 26 yaşlı yarımmüdafiəçinin dəyərini 60 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar