"Arsenal" 22 il sonra çempion oldu
20 may 2026 00:42 (UTC +04:00)

"Arsenal" 22 il sonra çempion oldu

0

İngiltərə Premyer-Liqasında sona bir tur qalmış çempion bəlli olub.

Apasport.az xəbər verir ki, çempionun adına “Bornmut” - “Mançester Siti” qarşılaşmasından sonra aydınlıq gəlib.

Görüş 1:1 hesabı ilə qurtarıb.

Meydan sahiblərinin qolunu 39-cu dəqiqədə Eli Krupi vurub. 90+5-ci dəqiqədə Erlinq Haaland hesabı bərabərləşdirib.

Beləliklə, “Mançester Siti” 37 oyundan sonra 78 xal toplayaraq, lider “Arsenal”a (82 xal) çatmaq şanslarını itirib və "topçular" 22 il sonra yenidən çempionluqlarını rəsmiləşdirib. 

"Bornmut" isə 56 xalla 6-cı yerdədir və gələn il Çempionlar Liqasında oynamaq üçün şanslarını qoruyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar