“Keşlə” qış fasiləsində ikinci transferini rəsmiləşdirməyə hazırlaşır.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, paytaxt klubu müdafiəçi Franko Floresi yenidən heyətinə cəlb edib.
29 yaşlı argentinalı bu gün Bakıya gələrək, mövsümün sonuna qədər sözləşmə imzalayacaq. Bununla mərkəz müdafiəçisi 2020-ci ilin sonlarında ayrıldığı “Keşlə”nin təlim-məşq toplanışına qatılacaq.