Arda Gülər üçün  transfer iddiası:   Hakan Çalhanoğlu faktoru
14 mart 2025 16:20 (UTC +04:00)

Arda Gülər üçün transfer iddiası: Hakan Çalhanoğlu faktoru

Karlo Ançelottinin rəhbərliyi altında “Real”da  oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Gülər üçün diqqət çəkən iddia ortaya atılıb.

Hakan Çalhanoğlunun Avropadan bir çox komandanın radarında olan Arda Gülərlə bağlı istəyi diqqət çəkib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə; A Seriyasının nəhəngi "İnter"in "Real"dan Arda Güləri transfer etmək istədiyi bildirilir.

“İnter” rəhbərliyinin Hakan Çalhanoğlu ilə yaxın münasibəti olduğu üçün Arda Güləri transfer etməkdə üstünlüyü olduğunu düşündüyü bildirilib.

"İnter"in Arda Güləri icarə əsasında heyətinə qatmağı düşündüyü vurğulanıb.

20 yaşlı Arda Gülər bu mövsüm "Real”da 29 oyuna çıxıb və 1081 dəqiqə meydanda olub. Arda Gülər bu yarışlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Arda Gülərin “Real” ilə müqaviləsi 2029-cu il iyuun 30-da başa çatacaq. Gənc oyunçunun hazırkı bazar dəyəri 45 milyon avrodur.

"Gənclerbirliği"nin gənclər akademiyasında yetişən Arda Gülər daha sonra "Fənərbaxça"da çıxış edib. “Real” "Fənərbağça"ya transfer haqqı olaraq 20 milyon avro ödəyib. Arda Gülərin növbəti satışından “Fənərbaxça” 20 faiz pay alacaq.

Arda Gülər Türkiyə millisində 18 oyunda oynamaq şansı qazanıb. 20 yaşlı on nömrə bu görüşlərdə üç dəfə rəqib qapısına yol tapıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar

Junior 2030-cu ilin yayına qədər “Real”da qalacaq

Junior 2030-cu ilin yayına qədər “Real”da qalacaq

22 iyun 2025 , 13:59
UFC : Rafael Fiziyev çilili döyüşçünü məğlub etdi

UFC: Rafael Fiziyev çilili döyüşçünü məğlub etdi

22 iyun 2025 , 01:45
Bakıda ilk UFC qalibi Muhammed Usman oldu

Bakıda ilk UFC qalibi Muhammed Usman oldu

21 iyun 2025 , 21:38
"Bavariya" onu "Barselona"dan qoparmağa çalışır

"Bavariya" onu "Barselona"dan qoparmağa çalışır

21 iyun 2025 , 18:12
Levandovski də ərəb klubuna  gedir

Levandovski də ərəb klubuna gedir

21 iyun 2025 , 13:05
"Arsenal" 60 milyonluq oyunçunu 65 milyona aldı

"Arsenal" 60 milyonluq oyunçunu 65 milyona aldı

21 iyun 2025 , 09:37
"Liverpul" Florian Virtsin  transferini açıqladı

"Liverpul" Florian Virtsin transferini açıqladı

21 iyun 2025 , 01:13
Fabreqas Avropa çempionunu   “Komo”ya dəvət edir

Fabreqas Avropa çempionunu “Komo”ya dəvət edir

20 iyun 2025 , 19:20