Arbitraj məhkəməsi Rusiya futboluna YOX  dedi
15 mart 2022 22:05 (UTC +04:00)

Arbitraj məhkəməsi Rusiya futboluna YOX dedi

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Rusiya yığmalarına və klublarına qoyduğu qadağanı qüvvədə saxlayıb.

Lent.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqının şikayəti təmin edilməyib.

Rusiyanı təmsil edən yığmalar və klublar Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcək. 

Xatırladaq ki, UEFA ilə yanaşı, FIFA da Rusiya yığmaları və klublarını öz bayrağı altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Oxşar yazılar