İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Serxio Aquero rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər”lə Premyer Liqanın çempionu adını qazanan argentinalı klub tarixinin ən titullu oyunçusu olub.
O, Mançester təmsilçisi ilə 15-ci uğuruna sevinib. 32 yaşlı hücumçu bununla da sabiq komanda yoldaşı David Silvanın rekordunu arxada qoyub.
Serxio “Mançester Siti”nin heyətində 5 çempionluq, 1 ölkə kuboku, 6 Liqa kuboku və 3 İngiltərə Superkuboku əldə edib. Silvanın aktivində isə 4 çempionluq, 2 ölkə kuboku, 5 liqa kuboku və 3 Superkubok var.