Aquero futbola qayıtdı - ilk oyunda dava saldı - VİDEO
08 iyun 2024 09:57 (UTC +04:00)

Aquero futbola qayıtdı - ilk oyunda dava saldı - VİDEO

Serxio Aquero və komandası futbol turnirində çıxış edib. Qarşılaşma zamanı argentinalı rəqibi ilə toqquşub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Aquero 2021-ci ildə idmandan ayrılıb. Ciddi ürək problemləri argentinalının karyerasını bitirməsinə səbəb olub.

36 yaşlı futbolçu yenidən meydana qayıdıb. Futbolçu və onun “Aguero FC” komandası “The Soccer Tournament”də iştirak edib. ABŞ-da keçirilən turnirdə yeddi nəfərdən ibarət komandalar mübarizə aparıb.

Argentinalı və komanda yoldaşları meydana "Mançester Siti"nin paltarları ilə çıxıblar. 36 yaşlı futbolçunun komandasına “Say Word” klubu rəqib olub. Qarşıdurma zamanı Aqueronun iştirakı ilə əlbəyaxa dava olub.

Hadisə oyunun ikinci hissəsində baş verib. Bu zaman 36 yaşlı futbolçu müvazinətini itirərək yıxılıb. Bir neçə saniyədən sonra Aquero qazondan qalxaraq rəqibini itələyib.

Futbolçular arasında qısamüddətli dava düşüb. Bir müddət sonra davaya digər oyunçular da qoşulub. Sonda hakim vəziyyətə müdaxilə edərək vəziyyəti sakitləşdirib.

Nəticədə Aqueronun komandası 3:6 hesabı ilə məğlub olub. Amerika turnirində qalib gələn komanda bir milyon dollar mükafat alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374
avatar

Oxşar yazılar