Dekabrın 12-dən etibarən Apasport.az saytı idman mətbuatında ilkə imza ataraq proqnozsevərlərə ödənişli kuponlar təklif etməyə start verib.
Lent.az xəbər verir ki, Apasport.az saytının mütəxəssislərdən ibarət komandası ilk gündə betterlərə 7 kupon təklif edib.
Bu kuponlardan beşi saytımızın “Proqnozlar” bölməsində, ikisi isə “Xəbərlər” bölməsində təqdim olunub. İlk günün 7 kuponundan ikisi ödənişli, beşi isə hər kəsə açıq şəkildə dərc edilib.
Təklif olunan 7 kupondan 5-i (!) uduşlu olub. Yəni ekspertlərimizin təxminləri ilk gündə “5” alıb.
Əgər proqnozevərlərdən biri bu kuponların 7-nə də eyni məbləği, məsələn 10 manat qoysaydı, ikiqatdan artıq qazanc əldə edərdi. Uduşlu kuponların ümumi əmsalı 15,63-ə bərabər olub. Yəni 7 kuponun hərəsinə 10 manatdan ümumilikdə 70 manatla risk edən better 156,30 manat uduşla 86,30 manat “qabağa düşər”.
İki ödənişli kupona gəlincə, onlardan birinin təxmini doğrulub. 2,10 əmsallıq uduş hər iki varianta mərc edən proqnozsevərin cəmdə qazanclı olması deməkdir.
Ödənişli təkli kupon (2,10 əmsal)
“Nea Salamis” – “Karmiotissa” - 2:1 (Üst)
Günün kuponu (2,65 əmsal)
“Yonq Alkmaar” – “Yonq PSV” – 2:3 (3,5 Üst)
Ekspress kupon (3,45 əmsal)
“Mioveni” – “Universtatya” Krayova - 0:1 (2)
“Əl-İsmail” – “Future” - 0:0 (Alt)
“Əl-Şarja” – “Horfakkan” - 1:0 (1)
“Apasport” kuponu (3,60 əmsal)
“Hapoel” Akko – “Sektzia” Nes Tziona – 2:3 (X2)
“Mioveni” – “Universtatya” Krayova – 0:1 (2)
“Breşiya” – “Parma” – 0:2 (X2)
“Apasport” kuponu (3,83 əmsal)
“Pendikspor” – “Sakaryaspor” – 3:1 (1)
“Əl-Əhli” – “Əl-İttihad” – 3:0 (1)
“Mioveni” – “Universtatya” Krayova – 0:1 (2)
Gün ərzində təkcə “apasport”un mütəxəssisləri deyil, xarici ekspertlər tərəfindən təklif olunan variantlar da saytımızda əksini tapıb. Onlar arasında da qalib kupon qeydə alınıb. Onun iki oyunluq variantı uduşlu olub.
Roman Troitskidən “İki oyuna kupon” (3,18 əmsal)
“Sanderlend” – “Vest Bromviç” – 1:2 (Q/Q)
“Breşiya” – “Parma” – 0:2 (Alt)
Qeyd edək ki, “apasport” hər gün proqnozevərlərə həm öz mütəxəssislərinin, həm də xarici ekspertlərin kuponlarını təqdim edir.