“Barselona”nın baş məşqçisi Xavi “Real"dakı həmkarı Karlo Ançelottiyə və Madrid klubunun bir neçə oyunçusuna heyran olduğunu bildirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, baş məşqçi sözlərinə belə davam edib:
“Mourinyo "Real"ı idarə edəndə hər iki komanda L-klassikoda müsbət tərəflərini göstərmirdi. İndi biz nəciblik nümayiş etdirməliyik. Ançelotti ilə yaxşı münasibətim var, onunla dəfələrlə görüşmüşük. Mən onu görkəmli insan hesab edirəm, özünü centlmen kimi aparır. Biz də özümüzü eyni şəkildə aparmağa çalışmalıyıq. Mən Madrid klubunun baş məşqçisinə və bir neçə futbolçusuna heyranam və bunu gizlətməyə ehtiyac yoxdur.
Qeyd edək ki, yanvarın 15-də İspaniya Superkubokunun finalında “Barselona” və “Real” qarşılaşacaq.