Ançelotti qalsa, Arda Gülər "Real"dan gedəcək
12 aprel 2025 16:01 (UTC +04:00)

Ançelotti qalsa, Arda Gülər "Real"dan gedəcək

"Real Madrid"in 20 yaşlı hücumçusu Arda Gülər "Los Blancos"un prezidenti Florentino Peresə şikayət edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o deyib ki, Karlo Ançelotti gələn mövsüm də komandanın baş məşqçisi olsa, klubu tərk edəcək.

Məlumata görə, kral klubu Peresi çətin vəziyyətdə qoyan türk futbolçunun getməsi variantını nəzərdən keçirmir.

Daha əvvəl mətbuat Gülərin Ançelottinin ona verdiyi oyun müddətindən narazı qaldığını yazıb. Bu mövsüm o, bütün yarışlarda 33 oyunda meydana çıxıb, ümumilikdə 1170 dəqiqə meydanda olub.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar