Anatoli Banişevski adına Masallı stadionundan görüntü
15 mart 2021 09:26 (UTC +04:00)

Anatoli Banişevski adına Masallı stadionundan görüntü

Anatoli Banişevskinin adına stadion: xarabalığa oxşayır

Futbol “kral”ı Pelenin adı bu yaxınlarda məşhur “Marakana” stadionuna veriləcək.

Apasport.az saytının məlumatına görə, arenanın adı tam olaraq “Edson Arantes do Naşimento - kral Pele” kimi yazılacaq.

Pele bir çoxları tərəfindən bütün dövrlərin ən güclü futbolçusu sayılsa da, o, adı stadiona verilən ilk oyunçu deyil. Buna Azərbaycan nümunəsi də göstərmək olar. Azərbaycan tarixinin ən yaxşı futbolçusu Anatoli Banişevskinin adını hazırda Masallı stadionu daşıyır. Ancaq təəssüf ki, həmin arena indi “Banya”ya layiq vəziyyətdə deyil, stadiondan çox xarabalığa oxşayır.

Ancaq dünya futbolunda futbolçu adını daşıyan stadionlar mövcuddur. Bu yazıda onlardan 10-nu təqdim edəcəyik.

“Pele” stadionu - Braziliya
Braziliyanın Rio de Janeyro şəhərində yerləşən əfsanəvi “Marakana” stadionuna futbol kralı Pelenin adı veriləcək. DÇ-1950-nin final matçını gizli girənlərlə birlikdə 199 min 854 tamaşaçı izləyib.

“Santyaqo Bernabeu” – “Real”
1947-ci ildə Madrid şəhərində inşa edilən bu arenaya 35 il “Real”a prezidentlik etmiş Santyaqo Bernabeunun adı verilib. İlk dəfə istifadəyə veriləndə 70 min tamaşaçı tutumuna malik stadion 1953-cü ildə 120 minlik tutuma çatdı. Hazırda isə 81 min azarkeşi qəbul etməyə hazır olan “Santyaqo Bernabeu” “Real”ın saysız-hesabsız uğurlarına şahidlik edib.

“Yohan Kroyff Arena” – “Ayaks”
Niderlandın Amsterdam şəhərində olan stadion “Ayaks”a məxsusdur. Ölkə əfsanəsi Yohan Kroyff 2016-cı ildə vəfat etdikdən sonra adı bu arenaya verildi.

“Cüzeppe Meatsa” – “İnter”
Milandakı stadiondan “Milan” “San Siro”, “İnter” isə “Cüzeppe Meatsa” kimi istifadə edir. “İnter” forması altında 13 ildə 348 oyuna çıxan Cüzeppe Meatsa aktivinə 241 qol yazdırıb. İkiqat dünya çempionu bəziləri tərəfindən bütün dövrlərin ən yaxşı italiyalı futbolçusu seçilib.

“Ferens Puşkaş” – Macarıstan
Macarıstan yığmasının beynəlxalq oyunlarını keçirdiyi stadiona ölkə futbol tarixinin ən yaxşısı olan Ferens Puşkaşın adı verilib. Macarıstan millisinin heyətində 85 oyunda 84 qol vuran Puşkaş “Real” əfsanələri sırasındadır. O, “kral klubu”nda 5 La Liqa, 3 Çempionlar Liqası çempionluğu var.

“Dieqo Maradona” – “Napoli”/”Argentinos Xuniors”
Əfsanəvi argentinalı vəfat etdikdən sonra “Napoli” onun adını öz stadionuna verdi. Həmçinin Boka Xuniorsda “Argentinos Xuniors”un ev sahibliyi etdiyi stadionun da adı “Dieqo Maradona”dır. İki fərqli ölkədəki iki stadion Maradonanın adını daşıyır.

“Frits Uolter” – “Kayzerslautern”
Almaniyanın Kayzerslautern şəhərindəki 48 min 500 tamaşaçı tutumlu stadiona 31 illik futbolçu karyerasında yalnız “Kayzerslautern”in formasını geyinən “Frits Uolter”in adı verilib. Almaniya millisində 61 matçda 33 qol vuran Uolter DÇ-1954-ün qalibidir.

“Mane Qarrinça” – Braziliya
Braziliyanın paytaxtı Braziliyadakı 70 min tutumlu stadiona dövrünün məşhur simalarından oaln Qarrinçanın adı verilib. O, 1958 və 1962-ci illərdə dünya çempionu olan Braziliya millisinin aparıcı simalarından olub.

“Qus Hiddink” – Cənubi Koreya
Niderlandlı mütəxəssisin adının Cənubi Koreyadakı arenaya verilməsi təəccüblü gələ bilər. Hiddink DÇ-2002-də komandanı yarımfinala qədər apardığından, buna qarşılıq olaraq koreyalılar mundialdakı əsas arenaya onun adını veriblər. 

“Fernando Torres” – “Fuenlabrada”
Fuenlabrada şəhərində anadan olan Torresin şərəfinə inşa edilən stadionda ilk oyun 2011-ci il sentyabrın 1-də Fernandonun ilk peşəkar klubu olan “Atletiko”ya qarşı yoxlama görüşü olub. 2017-ci ildə isə “Real” bu arenada “Fuenlabrada” ilə qarşılaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2718
avatar

Oxşar yazılar