Anası Emrelinin “Legiya”dakı son durumundan  DANIŞDI
17 yanvar 2022 16:36 (UTC +04:00)

Anası Emrelinin “Legiya”dakı son durumundan DANIŞDI

Mahir Emrelinin “Legiya” ilə müqaviləsinə xitam verilməsi üçün danışıqları davam edir.

Bu barədə apasport.az saytına Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin anası Elnurə Emreli məlumat verib.

Türkiyə mətbuatı son olaraq 25 yaşlı forvardın “Başakşehir”lə müqavilənin şərtlərini razılaşdırdığını yazsa da, Elnurə Emreli bunu təkzib edib. Ancaq o, təkliflər aldıqlarını da gizlətməyib: “Mahirin adını bir neçə klubla hallandırırlar, hər dəfə biri ilə anlaşdığını yazırlar. Halbuki heç bir klubla anlaşmamışıq. Bəli, Mahirə təkliflər var. Ancaq “Legiya” ilə məsələyə son qoymadan heç bir klubla razılıq əldə etmərik”.

Qeyd edək ki, “Legiya”nın qış təlim-məşq toplanışına qoşulmayan Mahir Emreli müqaviləyə xitam verilməsi üçün Polşa klubuna rəsmi məktub göndərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4260
avatar

Oxşar yazılar