Amorim "Mançester Yunayted"də Yeni ilə qədər  qalmaya bilər - İDDİA
10 sentyabr 2025 09:23 (UTC +04:00)

Amorim "Mançester Yunayted"də Yeni ilə qədər qalmaya bilər - İDDİA

0

Ruben Amorim “Mançester Yunayted”də "Milad bayramına qədər yaşaya bilməz", çünki komandası hələ də "böhranın bir addımlığındadır". 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Çelsi" və "Arsenal" ın keçmiş müdafiəçisi Vilyam Qallas belə düşünür.

"Qırmızı şeytanlar" yeni mövsümdə Premyer Liqada keçirdiyi ilk üç oyundan yalnız birində qalib gəlib və Liqa Kubokunun ikinci mərhələsində “Qrimsbi”yə uduzaraq mübarizədən kənarda qalıb.

Fransa millisinin keçmiş oyunçusu açıqlamasında deyib: “İndi Rubenlə bağlı problem ondan ibarətdir ki, o, ehtiyat oyunçular arasında həll yolu tapmağa çalışır.

Sanki vəziyyəti anlamağa, birtəhər onları daha yaxşı oynamağa məcbur etməyə çalışır.

Çaşqın görünür. Düşünmürəm ki, onun bədən dili və davranışı, emosional reaksiyası "Yunayted"in oyunçularında və azarkeşlərində yaxşı təəssürat yaradır. Ona baxanda dürüstcə Milad bayramına qədər "yaşayacağını" bilmirəm, çünki “Yunayted” böhrandan bir addım uzaqda görünür".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar