“Ağ-qaralar” qola həsrətdir - “Neftçi”nin sindromu
26 fevral 2021 09:07 (UTC +04:00)

“Ağ-qaralar” qola həsrətdir - “Neftçi”nin sindromu

“Neftçi”nin “Zirə” sindromu davam edir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XVII turunda 0:1 hesabı ilə uduzan “ağ-qaralar” ardıcıl 5 oyundur qəsəbə təmsilçisinin qapısına qol vura bilmir.

Ölkənin ən titullu klubu sonuncu dəfə ötən mövsüm “Zirə”yə qol vurub. 2019-cu il oktyabrın 20-də öz meydanında 3:0 hesablı qələbə qazanan “Neftçi”nin son qoluna 76-cı dəqiqədə Stiven Monroz imza atıb.

Rəşad Sadıqovun “Zirə”nin baş məşqçi təyin olunmasından sonrakı görüşlərdə isə “ağ-qaralar” qola həsrətdir. Bu mövsüm həm çempionat (0:1, 0:0, 0:1), həm kubok görüşlərində (0:1, 0:0) “Neftçi” azarkeşlərini sevindirə bilməyib.

Ölkənin ən köklü klubunun qol həsrəti 464 dəqiqəyə çatıb. Son qoldan sonrakı 494 gündə “Zirə” qapısını “Neftçi” üçün toxunulmaz saxlayır.

# 1146
avatar

Oxşar yazılar