Ad gününə görə 100 nəfərin  saçını kəsdirdi
08 oktyabr 2022 02:07 (UTC +04:00)

Ad gününə görə 100 nəfərin saçını kəsdirdi

İngiltərə millisinin sabiq hücumçusu Cermeyn Defo 40 illik yubileyini maraqlı şəkildə qeyd edib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, “Tottenhem”in keçmiş oyunçusu doğum günü şərəfinə 100 nəfərin saçını pulsuz kəsdirib.

Defo əvvəlcə bu barədə paylaşım edərək, insanları bərbərə çağırıb: “Salam uşaqlar, mənim ad günümdür, böyük 4:0! Odur ki, yeni saç kəsdirmək istəyən bütün gənclər pulqabılarını evdə qoysun, yanıma gəlsin. İlk 100 saç kəsiminin pulu mənlikdir”.

Qeyd edək ki, Cermeyn Defo 2013-cü ildə təsis etdiyi “The Jermain Defoe Foundation” xeyriyyə təşkilatına xidmətlərinə görə 2018-ci ildə OBE mükafatı təqdim olunub. Defo isə bu ilin martında karyerasını başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Oxşar yazılar