Rusiyalı MMA döyüşçüsü Fyodor Yemelyanenko UFC turnirinin hazırkı çempionu Həbib Nurməhəmmədov haqda açıqlama verib.
Lent.az-ın məlumatına görə, o, aprelin 18-də Toni Ferqyusonla qarşılaşacaq 31 yaşlı idmançının çıxışını dəyərləndirib.
Yemelyanenko bildirib ki, Həbib zəif cəhətlərini aradan qaldırmalıdır: “Əl və ayaq zərbələrinin üzərində çox işləməlidir. Həbib üstün cəhətlərinin hesabına qalib gəlir. O, UFC-nin çempionudur və güləş bacarığından məharətlə yararlanır. Bu baxımdan bütün rəqiblərindən üstündür. Ancaq dediyim zəif cəhətlərini də aradan qaldırmalıdır”.
Qeyd edək ki, qarışıq döyüş növləri ustası olan Həbib Nurməhəmmədov 2019-cu ilin sentyabrında baş tutan son görüşündə Dastin Poryeyə boğucu fəndlə qalib gəlib.