Britaniyanın “Sky Sports” telekanalı xəbər verir ki, UEFA –nın 55 milli assosiasiyaya göndərdiyi məktubda milli çempionatların başa çatdırılmasını tövsiyə edib.
Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, məktubda qeyd edilir ki, əks halda klublar 2020/21-ci il mövsümündə Çempionlar Liqası və Avropa Liqasına buraxılmaya bilərlər.
UEFA-nın məktubunda bildirilir:
“UEFA-nın klub yarışları idman nəticələrinə görə müəyyənləşdirildiyindən, mövsümün vaxtından əvvəl başa vurulması ilə élan edilən uğurlar şübhə altına alına bilər.
UEFA 2020/21-ci il mövsümündə yarışların qaydalarına müvafiq olaraq klubların buraxılmaması hüququnu özündə saxlayır”.