“Konyaspor” klubu baş məşqçi Aykut Kocamanın istefaya göndərildiyini açıqlayıb.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Super Liqada pis günlər keçirən və son olaraq öz meydanında “Dənizlispor”la heç-heçə (0:0) oynayan “Konyaspor”da Aykut Kocaman haqda qərar qəbul edilib.
Komanda hazırda 20 xalla turnir cədvəlində 14-cü sıradadır.
Klubdan verilən açıqlamada Aykut Kocamana bu vaxta qədərki xidmətinə görə təşəkkür edilib.