Türkiyədə futbol oyunlarının bərpasına federasiya qərar verəcək - Nazir
06 may 2020 03:14 (UTC +04:00)

Türkiyədə futbol oyunlarının bərpasına federasiya qərar verəcək - Nazir

 

Türkiyə Futbol Federasiyasının rəhbəri Nihat Özdəmirlə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca görüşərək, futbolun pandemiya dövrü və sonrakı vəziyyəti ilə bağlı müzakirə aparıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Fəxrəddin Qoca Twıtter səhifəsində yazıb.

Nazir qeyd edib ki, liqaların oyunlarının davam etməsi federasiyanın qərarından asılı olacaq. 

F.Qoca pandemiya dönəmində futbol oyunlarının təxirə salınmasını anlayışla qarşılayan futbolsevərlərə hörmətini də ifadə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Oxşar yazılar