Bu yay Yaponiyanın paytaxtı Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları koronavirus pandemiyasına görə təxirə salınıb. Lent.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) mötəbər yarışın 2021-ci ildə keçirilməsinə qərar verib.
Olimpiyadanın gələn yay hansı tarixlərdə keçiriləcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.