Teymur Rəcəbovun iddialarını əsassız saydı - Aleksandra Kostenyuk
14 aprel 2020 09:27 (UTC +04:00)

Teymur Rəcəbovun iddialarını əsassız saydı - Aleksandra Kostenyuk

“Mən ümumiyyətlə təəccübləndim ki, burda danışıqlar gedir. Rəcəbovun oynamaq imkanı oldu, o, imtina etdi”.

Apasport.az saytının məlumatına görə, bunu rusiyalı şahmatçı Aleksandra Kostenyuk deyib.

O, koronavirus pandemiyasını əsas gətirərək İddiaçılar Turnirində oynamaqdan imtina edən Teymur Rəcəbovun yarış eyni səbəbdən dayandırıldıqdan sonra geri qaytarılması tələbinə münasibət bildirib. Kostenyuk həmyerlimizin iddialarını əsassız sayıb: “Bunu nə ilə istəsəniz motivasiya edə bilərsiniz. O, psixoloji cəhətdən hazır olmadığını dedi? Mən belə hesab edirəm ki, idmançının borcu istənilən vəziyyətdə oynamağa hazır olmaqdır. Əgər sən hazır deyilsənsə, həddən çox həyəcan keçirirsənsə və oyuna konsentrasiya ola bilmirsənsə, daha bilmirəm... Hamı eyni şəraitdədir. FİDE üzərinə turniri müəyyən səviyyədə keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək öhdəliyi götürüb. Amma aydın məsələdir ki, turnirin gedişində istənilən şey baş verə bilər. Bildiyimiz kimi, səfərlər zamanı virusa yoluxmaqdan da qorxulu şeylər baş verib. Biz də iki həftə əvvəl İsveçrədə Qran-Pri oynamışıq. Bu xəbərləri izləyirdik, sərhədlər açılır, bağlanırdı... Onda da demək olardı ki, kimsə hazır deyil. Ya da ki, nəticə vəziyyətlə bağlıdır. Amma mən hesab edirəm ki, əgər sən yüksək səviyyəli idmançısansa, hər şeydən qopmağı bacarmalısan. Lap üçüncü dünya müharibəsi başlasa belə”.

Kotenyuk turnirin ümumilikdə başlanıb-başlanmaması barədə də danışıb: “Hamımız sonrakı ağlımızla güclüyük. Həmin an üçün turniri normal keçirməyi çatdırmaq üçün şanslar var idi. Mən azarkeş kimi yayımdan xoşbəxt idim, oyunları izləmək və davamı səbirsizliklə gözlədiyimə sevinirdim. Axı dünya şahmat kimi ağ-qaradan ibarət deyil. Digər çalarlar da var. İndi şahmat problemlərindən uzaqlaşmaq və başa düşmək lazımdır ki, İddiaçılar Turniri vacibdir və yalnız idman turniridir. Dünya şahmat tacı hələ hər şey deyil. Əsas odur ki, təkcə şahmat dünyasında deyil, sağlam və sağ olsunlar, pandemiya yatsın və biz xəstələnən və ölənlərlə bağlı xəbərləri izləməyək. Qoy İddiaçılar Turniri 6 ay və ya bir illik fasilə ilə bərpa olunsun, bütün bunlar təfərrüatlardır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1433
avatar

Oxşar yazılar