"Real"ın kapitanı Serxio Ramos antirekorda şərik olub.
Lent.az-ın məlumatına görə, təcrübəli müdafiəçi bunu Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Siti” ilə Madriddə keçirilən matçda “bacarıb”.
Meydan sahiblərinin 1:2 hesablı məğubiyyəti ilə nəticələnən görüşün 86-cı dəqiqəsində Ramos birbaşa qırmızı vərəqə alıb. Bununla da o, ÇL tarixində 4 qırmızı vərəqə alan Edqar Davids və Zlatan İbrahimoviçin antirekordunu təkrarlayıb.
Bundan əlavə, Ramos qitənin ən mötəbər klub turnirində 3 birbaşa qırmızı vərəqə alan ilk oyunçu olub.