Premyer Liqanın yeni hakimləri təsdiqləndi
02 iyul 2020 19:08 (UTC +04:00)

Premyer Liqanın yeni hakimləri təsdiqləndi


AFFA Hakimlər Komitəsi 2020/21 mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib.

Apasport.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Rəşad Əhmədov Premyer Liqa referisi, Kamran Bayramov isə köməkçi kimi təsdiqlənib.

Bundan başqa, Tural Qurbanov Birinci divizion matçlarına baş hakim, Hidayət Feyzullayev, Tərlan Talıbzadə və Vüsal Məmmədov isə köməkçi kimi təyin olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2692
avatar

Oxşar yazılar