Türkiyənin “Kayserispor” klubu müqavilə müddəti başa çatan baş məşqçisi Robert Prosineçki ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Super Liqa klubu yoluna xorvatiyalı mütəxəssislə davam etməyəcək.
Buna səbəb tərəflər arasında razılığın əldə olunmamasıdır. Klub rəsmiləri növbəti mövsümlə bağlı planlarda Prosineçki ilə ortaq məxrəc əldə edə bilməyib.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi olan xorvatiyalı mütəxəssis “Kayseripor”u 19 oyuna çıxarıb. 51 yaşlı çalışdırıcının yetirmələri 6 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə uduzub.