İspaniyanın futbol çempionatlarında koronavirus pandemiyasına görə elan olunan karantin müddəti uzadılıb.
Lent.az-ın məlumatına görə, bununla bağlı İspaniya Futbol Federasiyası açıqlama yayıb.
Daha öncə La Liqada 2 turun oyunları təxirə salınmışdı. Primeronun görüşlərinin aprelin 5-də bərpa ediləcəyi bildirilirdi. Lakin İspaniyadakı vəziyyəti nəzərə alan ölkənin futbol federasiyası bu müddəti uzadıb.
Qeyd olunur ki, La Liqa da daxil olmaqla, bütün futbol yarışları qeyri-müəyyən müddətə təxirə salınır.