Karantinə alınan portuqaliyalı ulduz Ronaldo yenidən diqqət mərkəzinə düşüb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Yuventus”un futbolçusu yaşadığı evin pəncərəsindən baxan zaman fotoqrafların fotokameralarına tuş gəlib.
Xatırladaq ki, İspaniyaın “Marca” nəşri "Yuventus"un hücumçusu Kriştiano Ronaldo vətəni Portuqaliyada ona məxsus otelləri koronavirusla mübarizə aparmaq üçün xəstəxanalara çevirməyə hazırlaşdığnı yazıb. Bildirilir ki, həmin xəstəxanalardan pulsuz istifadə etmək mümkün olacaq. Futbolçu orada işləyəcək həkim və işçilərin maaşını da özü verəcək.