“Sevilya” xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiçin keçidini “Barselona” ilə razılaşdırıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu “Barselona”ya transferinə qədər oynadığı “Sevilya”ilə 3 illik müqavilə bağlayacaq.
Rakitiç “Sevilya”da 2011-2014-cü illərdə çıxış edib.
Onun “Barselona” ilə müqaviləsi növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.