İtaliyanın “Yuventus” klubunun hücumçusu Paulo Dibala koronavirusa qalib gəlib.
Lent.az-ın məlumatına görə, bu ölkənin “Ole” nəşrinə danışan Dibala bildirib ki, o və həyat yoldaşı martın 21-də testdən keçərkən onlarda koronavirus olduğu aşkarlanıb.
“Mən bərk öskürürdüm, halsız idim. Amma təcriddən sonra “Yuventus”un həkimləri mənə intensiv olaraq vitaminlər qəbul etdirməyə başladılar. Artıq özümü sağlam hiss edirəm”, - o bildirib
Xatırladaq ki, Dibala İtaliyanın ən bahalı futolçusudur. Onun transfer dəyəri 90 milyon avro təşkil edir