İlin bombardirlərinin siyahısı açıqlandı
03 mart 2020 10:40 (UTC +04:00)

İlin bombardirlərinin siyahısı açıqlandı


2020-ci ilin ən yaxşı bombardirləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ilk iki ayında beynəlxalq oyunlarda ən çox fərqlənənlərin siyahısını tərtib edib.

Milli komanda və klub səviyyəli qitə kuboklarında 3 və daha çox qol vuranların cədvəlində 26 oyunçu yer alıb. Siyahıya uruqvaylı Martin Bueno başçılıq edir. Yeni Zelandiyanın “İstern Suburbs” klubunun hücumçusu artıq 6 qola imza atıb. O, bütün topları qitə kuboklarında vurub.

İkinci yerə 4 futbolçu şərikdir. Qitə kuboklarında 4 dəfə fərqlənənlər 2-5-ci yerləri bölüşür.

Bunlar mərakeşli Aşraf Bençarki (“Zamalek”), nigeriyalı Stenli Dimbqa (“Enyimba”), xorvatiyalı Stipe Plazibat (“Houqanq”) və papua-yeni qvineyalı Emmanuel Simondur (“Lae Citi”). 

Digər oyunçular 3 qolla 6-26-cı yerləri bölüşür. Azərbaycanlı futbolçunun olmadığı siyahıda Türkiyənin “Başakşəhər” klubunda üç qol vuran bosniya və herseqovinaıı Edin Viska da yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959
avatar

Oxşar yazılar