Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsindən birgə BƏYANAT
25 mart 2020 10:06 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsindən birgə BƏYANAT

Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun (Covid - 19)  yarada biləcəyi təhlükə  ilə bağlı Tokio 2020 Yay Olimpiya oyunlarının növbəti, 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürmüş və qarşı tərəfdən müsbət cavab alıb.

Lent.az saytının məlumatına görə, Azərbaycan müstəqilliyi dövründə Olimpiya oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə  ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın  oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim  xüsusi proqram əsasında aparılıb. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçiriləcək:

- oyunların başlanmasına qalan 1 il  ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması; 

-2020-ci ildə  hazırlığın  ən yüksək pilləsinə  çatmış  idmançıların  2021-ci ilə kimi  formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;

- federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;

- gənc və perspektivli idmançılarla işin gücləndirilməsi; 

- karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildiyindən sonra xüsusi şəraitdə, nəzarət altında təlim məşq toplantılarının davam etdirilməsi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501
avatar

Oxşar yazılar