Fatih Terim koronavirusa QALİB GƏLDİ
07 aprel 2020 11:50 (UTC +04:00)

Fatih Terim koronavirusa QALİB GƏLDİ


"Qalatasaray"ın baş məşqçisi Fatih Terim sağalıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin koronavirus testi mənfi çıxıb.

Martın 23-də koronavirus infeksiyasına yoluxduğu üçün xəstəxanaya yerləşdirilən, bir həftə sonra isə evə buraxılan 66 yaşlı mütəxəssisin son testinin cavabı onun tamam sağaldığını göstərir. Buna baxmayaraq, "cim-bom"un çalışdırıcısı aprelin 13-nə qədər evində karantin rejimində qalacaq.

Qeyd edək ki, "Qalatasaray"ın koronavirusa yoluxan vitse-prezidentləri Abdurrahim Albayrak və Yusuf Günay da müalicəsini evdə davam etdirirlər.

ApaSport

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Oxşar yazılar