FHN-in əməkdaşı üzgüçülük üzrə Açıq Respublika Qış çempionatında qalib gəlib
02 mart 2020 12:12 (UTC +04:00)

FHN-in əməkdaşı üzgüçülük üzrə Açıq Respublika Qış çempionatında qalib gəlib

Fevralın 27-29-u tarixlərində Su idman sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Açıq Respublika Qış çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən məlumata görə, yarışda 3 ölkədən - Azərbaycan, Rusiya və Gürcüstandan olan 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb.

FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı İdman-təlim şöbəsinin inspektoru Boris Kirillov yüksək nəticə göstərərək kişilər arasında 50 metrə arxası üstə üzmədə 1-ci yer və 50 metrə sərbəst üzmədə 3-cü yerə layiq görülüb. Qalibə Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomu təqdim olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899
avatar

Oxşar yazılar