Bu stadiona Maradonanın adı verilə bilər
25 noyabr 2020 23:10 (UTC +04:00)

Bu stadiona Maradonanın adı verilə bilər

İtaliyanın Neapol şəhərindəki stadionun adı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, şəhər şurasının üzvü Karmine Sqambati arenaya bu gün vəfat edən əfsanəvi Dieqo Maradonanın adının verilməsi təşəbbüsü ilə çıxış edib.

O, məsələ ilə bağlı Neapolun İdman Komissiyasının və Qurumun sədri Çiro Boryello ilə müzakirə aparacaq. “Napoli”nin prezidenti Aurelio de Laurentis Avropa Liqasının sabahkı oyununda Maradonanın portretinin stadionda yer almasını istəyib. O, arenanın adının dəyişdirilməsinə də müsbət yanaşdığını bildirib.

Bu gün dünyasını dəyişən 60 yaşlı Maradona 1984-91-ci illərdə “Napoli”də oynayıb və iki dəfə çempionluq qazanıb. 2000-ci ildə onun geyindiyi 10 nömrəli forma istifadədən çıxarılıb.

Qeyd edək ki, Çempionlar Liqasının bu gün keçirilən bütün oyunları bir dəqiqəlik sükutla başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1270
avatar

Oxşar yazılar