Bu gün Çempionlar Liqasında 11 oyun keçiriləcək
26 avqust 2020 03:10 (UTC +04:00)

Bu gün Çempionlar Liqasında 11 oyun keçiriləcək

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 11 cütdə qalib müəyyənləşəcək.

Azarkeşsiz keçirilən bir matçdan ibarət duellərdən ikisi Liqa yolu, doqquzu Çempionlar yolunda baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” öz meydanında Moldova “Şerif”ini qəbul edəcək.

Bu oyunun iştirakçılarının mümkün rəqibləri Çempionlar yolunun digər görüşlərində müəyyənləşəcək. Qaliblər Çempionlar Liqasında, məğlublar Avropa Liqasında yoluna davam edəcək.

Qeyd edək ki, mərhələnin ilk iki oyunu avqustun 25-də baş tutub.

Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust
Liqa yolu
18:30. “Alkmaar” (Niderland) - “Viktoriya” (Çexiya)
21:00. “Lokomotiv” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya)
Çempionlar yolu
20:00. “Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova)
20:00. “Suduva” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail)
20:00. "Çelye" (Sloveniya) - “Molde” (Norveç)
21:30. “Lüdoqorets” (Bolqarıstan) - “Midtülland” (Danimarka)
22:00. “Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina)
22:00. ÇFR (Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
22:00. “Legiya” (Polşa) - “Omoniya” (Kipr)
22:15. “Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları)
22:45. “Seltik” (Şotlandiya) - “Ferensvaroş” (Macarıstan)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2074
avatar

Oxşar yazılar