İtaliyanın “Yuventus” klubunun mövsümlərarası fasilədə yollarını ayıracaq futbolçular müəyyənləşib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Turin təmsilçisi mövsümün sonunda dörd oyunçu ilə vidalaşacaq.
Bir neçə klubdan cəlbedici təklif alan Mateys de Liqt və heyətdə möhkəmlənməkdə çətinlik çəkən Federiko Bernardeski bu siyahıda yer almayıb. İddia olunur ki, Qonsalo İquayn, Duqlas Kosta, Miralem Pyaniç və Adrien Rabyo “ağ-qaralar”ın sıralarını tərk edəcək.
Qeyd edək ki, 26 turdan sonra “Yuventus” 63 xalla A seriyasının lideridir.