AFFA daha bir futbolçunu milliləşdirdi
21 fevral 2020 12:00 (UTC +04:00)

AFFA daha bir futbolçunu milliləşdirdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb.

Apasport.az saytının məlumatına görə, “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib.

Yeni milliləşdirilən 18 yaşlı oyunçu “Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında “Hoffenhaym”ın U-17 komandasından U-19-una yüksəlib. Onun Almaniya klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, U-19 millimiz fevralın 22-dən 28-dək Bakıda təlim-məşq toplanışında olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar