47 ildə  İLK DƏFƏ:   Üç böyük klub baş məşqçisiz qalıb
10 yanvar 2022 18:47 (UTC +04:00)

47 ildə İLK DƏFƏ: Üç böyük klub baş məşqçisiz qalıb

Türkiyə Super liqasında çempionluq yarışından ayrılan 3 böyük klub 47 ildən sonra ilk dəfə mövsümün ortasında baş məşqçisiz qalıb.

Lent.az xəbər verir ki, “Beşiktaş” 2021-ci il dekabrın 9-da Sərgən Yalçını istefaya görndərib. Bundan 11 gün sonra Vitor Pereyra “Fənərbaxça”dan ayrılıb. 

Məlum olduğu ki, Fatih Terim də bu gün “Qalatasaray”ın baş məşqçi postundan istefaya göndərilib. 

Önder Karaveli müvəqqəti olaraq “Beşiktaş”da Sərgən Yalçının vəzifəsini icra edir. "Fənərbaxça"da isə Zeki Murat Göle yeni baş məşqçi gələnə qədər işini davam etdirir.

Türkiyə çempionatında 3 böyük klubun üçünün də eyni anda baş məşqçisiz qalması isə 47 il sonra ilk dəfə baş verib. Bundan əvvəl 1975-ci ildə “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş” baş məşqçilərini istefaya göndərmiş, ancaq onları əvəzləyəcək yeni mütəxəssis tapa bilməmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1707
avatar

Oxşar yazılar