“Tottenhem”in kapitanı Uqo Lyoris vətəni Fransaya qayıda bilər.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, “Renn” 36 yaşlı qolkiperlə maraqlanır.
“Qırmızı-qaralar” “Nitsa” və “Lion”un sabiq üzvünə 3 illik müqavilə təklif edib. Lyoris özü də bu təklifi bəyənir. Çünki ora keçməklə oyun praktikasını itirməyəcək və formada qalacaq. Belədə də ilin sonlarında Qətərdə keçiriləcək dünya çempionatına yollana biləcək. Ancaq “Tottenhem”in baş məşqçisi Antonio Konte də kapitanı komandada saxlamaq istəyir.