33 yaşında  karyerasını niyə bitirdiyini   AÇIQLADI
10 iyul 2023 10:25 (UTC +04:00)

33 yaşında karyerasını niyə bitirdiyini AÇIQLADI

Daha əvvəl “Real”da oynamış uelsli hücumçu Qaret Beyl niyə 33 yaşında karyerasını bitirmək qərarına gəldiyini açıqlayıb.

“Oyunu sevməyi dayandırmadım, sadəcə istədiyim hər şeyə nail olduğumu hiss etdim. Heç nəyə peşman deyiləm. Karyeramdan çox razıyam. Uelslə mən də gələcək nəslə vaxt vermək istəyirəm. Mən hələ də oynamaqdan həzz alırdım, amma o yerə çatdı ki, ailəmlə daha çox vaxt keçirmək istəyirdim. Övladlarım o qədər sürətlə böyüyürlər ki, mənə elə gəldi ki, mən çox şey əldən vermişəm”, – Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Beyl deyib.

Xatırladaq ki, Qaret Beyl "Real"ın heyətində 5 dəfə Çempionlar Liqasının qalibi olub. O, həmçinin La Liqada üç, İspaniya Kubokunda və UEFA Super Kubokunda iki qələbə qazanıb. Uelsli hücumçu "Real"dan başqa, İngiltərənin "Sauthempton" və "Tottenham" klublarında, həmçinin Amerikanın "Los-Anceles" klubunda çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Oxşar yazılar