2022-ci ilin  ən yaxşı   məşqçisi seçildi
14 dekabr 2022 15:56 (UTC +04:00)

2022-ci ilin ən yaxşı məşqçisi seçildi

Azərbaycanda 2022-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci olub.

67 jurnalistin qatıldığı sorğuda 54 səs toplamaqla, Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 12-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən 7-si “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 5-i Azərbaycan milli komandasının çalışdırıcısı Canni De Byaziyə, 1 nəfər isə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova səs verib. Ötən mövsümün sonunda “Neftçi”yə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazandıran, hazırda “Sumqayıt”ın “sükanı arxasında” olan Samir Abasova səs verən olmayıb.

“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib, ölkə kubokuna sahib çıxıb. Ağdam təmsilçisi cari mövsümdə də Premyer Liqada lider mövqeyində qərarlaşıb. Bundan başqa, komanda Qurbanovun rəhbərliyi altında UEFA Çempionlar Liqasının pley-off mərhələsinə kimi irəliləyib, Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. “Köhlən atlar” Konfrans Liqasının pley-off mərhələsində mübarizəsini davam etdirəcək.

İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi dekabrın 16-da keçiriləcək. Tədbir saat 18:00-da başlayacaq.

Kim kimə səs verib?

İdman mediası
Kənan Həsənov (“Futbol+”) – Qurban Qurbanov
Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov
Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov
Kamran Hacı (“Allsport.az”) – Canni De Byazi
Əli Sahib (“Fanat.az”) – Qurban Qurbanov
Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov
Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov
Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov
Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov
Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov
Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov
Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov
Vüsal Mahmudov (“Futbolinfo.az”) – Qurban Qurbanov
Daşqın Əziz (“Offsideplus.az”) – Qurban Qurbanov
İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov
Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov
Araz Əhmədov (“Sportfm.az”) – Murad Musayev
Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov
Natiq Muxtarlı (“Aut.az”) – Qurban Qurbanov
Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov
Ruslan Mikayıllı (“Azerisport.com”) – Qurban Qurbanov
İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov
İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Rəşad Sadıqov
Mirbağırağa Cəfərli (“Sportal.az”) – Qurban Qurbanov
Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov
Ürfan Məmmədli (“Cempion.az”) – Qurban Qurbanov
Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov
Elvin Əhəd (“Mediasport.az”) – Qurban Qurbanov
Anar Şabanoğlu (“Sports.az”) – Qurban Qurbanov
İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov

Komanda.az
Rəşad Ergün – Qurban Qurbanov
Pərviz Eltürk – Qurban Qurbanov
Rövşən Əlisoy – Murad Musayev
Vüsal Qəmbərov – Murad Musayev

Televiziya – Radio
Şəmsəddin Abbasov (“CBC Sport”) – Qurban Qurbanov
Gəray Qiyasov (“Real” TV) – Canni De Byazi
Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov
Qulam Səfərli (“Xəzər” TV) – Murad Musayev
Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov
Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov
Fərid Ramazanov (“İdman” TV) – Qurban Qurbanov
Tural Xudiyev ( “Space” TV ) – Qurban Qurbanov
İlkin Baba (“Azərbaycan radiosu”) – Canni De Byazi
Cavid Neymətzadə (“Radio Space”) – Qurban Qurbanov

İctimai-siyasi media
İlham Quliyev (“Kaspi” qəzeti) – Qurban Qurbanov
Elsevər Məmmədov (“Qafqazinfo.az”) – Qurban Qurbanov
Vəsilə İbrahim (“Sfera.az”) – Qurban Qurbanov
İlqar Tağıyev (“525-ci qəzet”) – Qurban Qurbanov
Elçin Cəfərov (“Azərbaycan” qəzeti) – Qurban Qurbanov
Təranə Xudabaxşiyeva (“Ayna.az”) – Qurban Qurbanov
Teymur Tuşiyev (“Sputnik Azərbaycan”) – Murad Musayev
Ceyhun Musaoğlu (“Rupor.az”) – Qurban Qurbanov
Amal Abuşov (“Qaynarinfo.az”) – Qurban Qurbanov
Adəm Abbaslı (“Publika.az”) – Qurban Qurbanov
Elnur Salahov (“Report.az”) – Qurban Qurbanov
Azər Hüseynbala (“Lent.az”) – Qurban Qurbanov
Aytən Məmmədova (“Azadliq.info”) – Canni De Byazi
Ramin Deko (“Azadlıq radiosu”) – Qurban Qurbanov
Əziz Elxanoğlu (“Turan”) – Qurban Qurbanov
Anar Rəsullu (“Sozcu.az”) – Qurban Qurbanov
Nuh Tarverdiyev (“Sfera.az”) – Murad Musayev
Ruslan Rüstəmov (“Baku” TV) – Murad Musayev
Natiq Cavadlı (“Meydan” TV) – Canni De Byazi
Zahid Nurəliyev (“Bakupost.az”) – Qurban Qurbanov
Ceyhun Məmmədov (“Şərq qapısı” qəzeti) – Qurban Qurbanov
Fərəc Aslanov (“Azeripress.az”) – Qurban Qurbanov
Səxavət Məmmədov (“Yenicag.az”) – Qurban Qurbanov
 

# 1890
avatar

Oxşar yazılar

UEFA-dan Türkiyəyə iki final

UEFA-dan Türkiyəyə iki final

22 may 2024 , 16:11
“Sabah”ın keçmiş baş məqşçisi ilə bağlı YENİ XƏBƏR

“Sabah”ın keçmiş baş məqşçisi ilə bağlı YENİ XƏBƏR

22 may 2024 , 15:05
Messiyə qarşı AĞIR İTTİHAM:  səs yazısı tapıldı

Messiyə qarşı AĞIR İTTİHAM: səs yazısı tapıldı

22 may 2024 , 09:57
Hidayət Heydərov Vətənə döndü - FOTO

Hidayət Heydərov Vətənə döndü - FOTO

22 may 2024 , 01:02
"Çelsi" onu istefaya göndərdi

"Çelsi" onu istefaya göndərdi

21 may 2024 , 23:56
Məşhur məşqçi karyerasını bitirdi

Məşhur məşqçi karyerasını bitirdi

21 may 2024 , 23:20
Klopp "Liverpul"un vida gecəsində rəqs etdi - VİDEO

Klopp "Liverpul"un vida gecəsində rəqs etdi - VİDEO

21 may 2024 , 18:45
Vensan Kompani "Bavariya"nın yeni baş məşqçisi  ola bilər

Vensan Kompani "Bavariya"nın yeni baş məşqçisi ola bilər

21 may 2024 , 15:16