2 aya 6 milyon qazandı  - İstefaya göndərilən baş məşqçi
02 sentyabr 2025 19:51 (UTC +04:00)

2 aya 6 milyon qazandı - İstefaya göndərilən baş məşqçi

0

“Bayer” klubunun baş məşqçisi vəzifəsində Erik ten Haqın nə qədər qazandığı məlum olub. 

Lent.az xəbər verir ki, mütəxəssis müqavilə imzaladıqdan cəmi iki ay sonra, sentyabrın 1-də istefaya göndərilib.

Məlumata görə, məşqçi klubdakı 62 gün üçün maaş kimi 1 milyon avro, müqavilənin vaxtından əvvəl pozulmasına görə isə 5 milyon avro təzminat alıb.

55 yaşlı niderlandlı mütəxəssis kluba iyulun 1-də başçılıq edib. Onun rəhbərliyi altında “Bayer” üç oyun keçirib: 1 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə. Leverkuzen klubu 1 xalla Bundesliqanın turnir cədvəlində 12-ci yeri tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar