Maykl Karrik “Mançester Yunayted”i tərk edib.
Apasport.az saytının məlumatına görə, bunu ingiltərəli mütəxəssisin özü açıqlayıb.
Baş məşqçi Ole-Qunnar Sulşerin istefaya göndərilməsindən sonra bu vəzifəni müvəqqəti icra edən Karrik Premyer Liqa klubundan ayrılıb. “Arsenal” üzərində 3:2 hesablı qələbə onun əvəzləyici postunda son matçı olub.
Karrik yeni baş məşqçi Ralf Ranqnikin məşqçilər korpusunda yer almayacaq. Bununla da onun Mançester təmsilçisindəki 15 illik fəaliyyəti başa çatıb. Karrik 2006-18-ci illərdə futbolçu, 2018-21-ci illərdə məşqçi kimi klubun uğurları üçün çalışıb.