İyulun 26-da Lionel Messi MLS + MX Liqa Kubokunun ikinci tur oyununda "Atlanta Yunayted"ə iki qol vurub. Görüş 4:0 hesabı ilə başa çatıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Atlanta” 36 yaşlı argentinalı hücumçunun qol vurduğu 100-cü klub olub.
Xatırladaq ki, “Qızıl top”un yeddiqat qalibi əvvəlki oyunda “İnter Mayami”nin heyətində əvəzedici heyətdə meydana çıxmışdı. Əlavə vaxtda o, “Krus Asul” klubuna cərimə zərbəsindən qol vuraraq komandasına qələbə qazandırıb.
Lionel Messi ötən mövsüm PSJ-nin heyətində 40 oyuna çıxıb, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.