10 illik diskvalifikasiya olundu – SƏBƏB
03 mart 2021 17:38 (UTC +04:00)

10 illik diskvalifikasiya olundu – SƏBƏB

 

Rusiyalı fiqurlu konkisürən Mariya Sotskova diskvalifikasiya olunub.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı idmançı antidopinq qaydalarını pozduğu üçün 10 illik cəza alıb.

Sotskova furosemiddən istifadə və saxta tibbi sənədlər hazırlamaqda ittiham olunur. Onun cəza müddəti 2020-ci il aprelin 6-dan hesablanır. Sotskovanın cəzası 2030-cu il aprelin 6-dək davam edəcək.

Qeyd edək ki, Sotskova Qran-Pri yarışlarının mükafatçısı olub.
 

# 1842
avatar

Oxşar yazılar