Olimpiada-2012: Gənc cüdoçumuzdan möhtəşəm qələbə
Lent.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən 21 yaşlı idmançı ilk görüşündə CAR təmsilçisi Gideon van Zilə ipponla qalib gəlib.
Görüş afrikalı cüdoçunun üstünlüyü ilə başlayıb. Qarşılaşmanın əvvəllərində van Zil vazare fəndi ilə hesabda irəli çıxıb. Lakin yığmamızın baş məşqçisi Ağayar Axundzadənin verdiyi təlimatlar Orucovun köməyinə çatıb. Təcrübəli rəqibinin üzərinə hücumlar edərkən çətin vəziyyətə düşən cüdoçumuza Axundzadə tələsməməyi məsləhət görüb. Təmsilçimiz məsləhətlərə əməl edib və 5 dəqiqəlik döyüşün sonuna 32 saniyə qalmış rəqibinə gözəl fənd tətbiq edərək, yerə sərib. Bununla da Orucov təmiz qələbə ilə adını 1/8 finala yazdırıb.
Qeyd edək ki, növbəti mərhələdə Rüstəm Orucovun rəqibi rusiyalı Mansur İsayev olacaq. İsayev 1/16 finalda ispaniyalı Kiyoşi Uematsuya qalib gəlib.

Oxşar yazılar

Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54