“Bakı” “Kəpəz”ə qalib gəlmək istəyir
26 avqust 2011 13:17 (UTC +04:00)

“Bakı” “Kəpəz”ə qalib gəlmək istəyir

Lent.az-ın məlumatına görə, paytaxt komandasının futbolçuları qarşıdakı görüş barədə fikirlərini klubun rəsmi saytına açıqlayıblar.

Litvalı oyunçu Deyvidas Çesnauskis Gəncə təmsilçisi ilə qarşılaşmanın asan keçməyəcəyini deyib. Lakin o, bildirib ki, hədəfləri 3 xaldır: “Son oyunda qələbə qazandığımıza görə çox şadam. Həmin oyunda hər iki 11 metrlik cərimə zərbəsi var idi və hakim haqlı qərar çıxardı. Növbəti oyun da bizim üçün asan olmayacaq. “Simurq”la oyun göstərdi ki, çempionatda asan rəqib yoxdur. Qarşıdakı oyunlara ciddi yanaşmaq lazımdır. “Kəpəz”lə oyuna da qələbə üçün çıxacağıq və hədəfimiz 3 xalı qazanmaqdır.
Premyer Liqa yaxşı klublardan təşkil olunmuş səviyyəcə yüksək çempionatdır. Hər oyun 100 faizlik güclə oynamaq lazımdır ki, nəticə qazana biləsən. Burada əsas problem bir çox oyunun süni meydanlarda keçirilməsidir. Bu tip meydanlarda oynamaq problemlər yaradır”.

Bakıdakı həyata tez öyrəşdiyini deyən Çesnauskis bunu uzun müddətdir legioner həyatı yaşaması ilə əlaqələndirib: “Burada mənim üçün hər bir şərait yaradılıb və hər şey qaydasındadır. Yalnız komandada bir çox yeni simalar var və bu futbolçuların tam uyğunlaşması zaman tələb edir. Heyət yenidir və komandada oyun təcrübəsi çatmır. Oyundan-oyuna daha güclü “Bakı” görəcəksiniz”.

19 yaşlılardan ibarət Azərbaycan milli komandanın da üzvü olan Nurlan Novruzov da “Kəpəz”lə matça ciddi hazırlaşdıqlarını söyləyib: “Hər oyun olduğu kimi, bu dəfə də meydana yalnız qələbə üçün çıxacağıq. Baş məqçimiz Aleksandr Starkova minnətdarlığımı bildirirəm ki, son iki oyunda mənə etimad göstərərək, mübarizə aparmaq şansı verdi. O bizə inanır və bu amil bir gənc futbolçu kimi mənə əlavə güc və stimul verir. Bu oyunda da baş məşqçimizdən şans gözləyirəm. “Kəpəz”lə oyunda meydana çıxsam, ümidləri doğrultmaq və komandama xeyr vermək üçün əlimdən gələni edəcəyəm”.

Daha bir gənc futbolçu Novruz Məmmədov komandada hər şeyin qaydasında olduğunu və yalnız qələbə üçün mübarizə aparacaqlarını vurğulayıb: “Çempionatda asan rəqib yoxdur, “Kəpəz”lə oyun da asan olmayacaq. Ötən tur ilk qələbəmizi qazandıq və növbəti oyunlarda bunun davamının gəlməsini arzulayıram.Artıq özümü “Bakı”nın bir parçası hesab edirəm. Fikrimcə, uyğunlaşma dövrü artıq geridə qalıb. Hər oyuna son oyun kimi baxıb, yalnız 3 xal üçün vuruşuruq və inanıram ki, sonda qarşıya qoyulan vəzifələrin həllinə nail olacağıq. “Bakı” ilə çempionluq yaşamaq istəyirəm. Qarşıdakı oyunlarda komandamızın azarkeşlərindən də dəstək gözləyirəm, onların dəstəyi bizə əlavə ruh verir”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Bakı” – “Kəpəz” qarşılaşması saat 18:00-da başlanacaq.
# 1007

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56