Messi Avropanın ən yaxşı futbolçusu seçildi
26 avqust 2011 11:57 (UTC +04:00)

Messi Avropanın ən yaxşı futbolçusu seçildi

Lent.az-ın məlumatına görə, avqustun 25-də Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı Messiyə mükafat verilib.

2010-2011-ci il mövsümünün ən yaxşı futbolçusunu Avropa futbol təşkilatına üzv 53 ölkənin idman jurnalisti müəyyənləşdirib. Messiyə 38 nəfər səs verib. Argentinalı hücumçu həmklubu Xavi Ernandesi 11 səs, “Real Madrid”in portuqaliyalı ulduzu Kriştianu Ronaldunu 3 səs qabaqlayıb.

Ən yaxşı “10-luğ”a “Barsa”nın daha 2 futbolçusu – Andres İnyesta və Xerard Pike düşüb. Nüfuzlu mükafat uğrunda ötən mövsüm Portuqaliya “Portu”sunda oynayan, yayda isə İspaniya “Atletiko”suna keçən Falkao, Ueyn Runi, Nemanya Vidiç (hər ikisi “Mançester Yunayted”, İngiltərə), Zlatan İbrahimoviç (“Milan”, İtaliya) və Manuel Noyer (“Şalke 04” – “Bavariya”, Almaniya) da mübarizə aparıb.

Ötən mövsüm Messi “Barselona”nın heyətində 53 qol vurub. Onlardan 12-si Çempionlar Liqasında qeydə alınıb. 24 yaşlı forvard bu turnirdə 3 dəfə ən yaxşı bombardir olub.

Qeyd edək ki, UEFA Avropanın ən yaxşı futbolçusu üçün mükafatı 2011-ci ilin iyulunda təsis edib. Bu mükafat klub futbolunda ən yaxşı oyunçu üçün mükafatı əvəzləyib. Artıq səsvermədə futbolçuların həm klub, həm də yığmalar səviyyəsində bütün milli və beynəlxalq turnirlərdə iştirakı nəzərə alınır.
# 1037

Oxşar yazılar

“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57